AFFA Bernhard Lippertlə yolları ayırdı

AFFA Bernhard Lippertlə yolları ayırdı
AFFA-nın Texniki direktoru Bernhard Lippertin müqaviləsi 2020-ci il iyunun 30-da başa çatıb.
Fanat.Az assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, almaniyalı mütəxəssislə müqavilə uzadılmayıb.
Texniki direktor vəzifəsinin icrası müvəqqəti olaraq AFFA-nın Kütləvi Futbol Departamentinin rəisi Cahangir Həsənzadəyə həvalə olunub.
AFFA rəhbərliyi Bernhard Lippertə gələcək karyerasında uğurlar arzulayıb.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər