AFFA Azər Əliyevlə razılaşdımı? - SON DURUM

AFFA Azər Əliyevlə razılaşdımı? - SON DURUM
Başqırdıstan "Ufa”sında əsas heyət üzvü sayılan Azər Əliyevin Millətlər Liqasının ilk oyununa qədər Azərbaycan millisinə cəlb edilməsi AFFA-nın əsas hədəflərindəndi.
Fanat.Az-ın məlumatına görə, son olaraq Əliyevlə qurumun icraçı vitse-prezidenti və baş katibi olan Elxan Məmmədov özü əlaqə saxlayıb.  Cinah yarımmüdafiəçisi öz şərtlərini irəli sürsə də, Məmmədova konkret cavab verməyib. 
İK-nın Novruz ərəfəsində baş tutacağı güman edilən növbəti iclasından sonra assosiasiyanın bu istiqamətdə hərəkətə keçəcəyi gözlənilir. Təbii, tərəflər maddi və digər tələblər baxımından ortaq məxrəcə gələ bilsə... 
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər