AFFA aşağı liqanı da cəzasız qoymadı

AFFA aşağı liqanı da cəzasız qoymadı

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

 

 

Fanat.Az xəbər verir ki, aparılan müzakirələrdən sonra Birinci Divizionun 13-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

"Şüvəlan” - "Keşlə-2” matçında "Keşlə-2”-nin 4, "Şüvəlan”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 80 manat "tərləyəcək".

"Qarabağ-2” - "Sabah-2” matçının 44-cü dəqiqəsində "Sabah-2”-nin futbolçusu Əli Səmədov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.

"Ağsu” - "Kəpəz” matçının 83-cü dəqiqəsində "Kəpəz”in futbolçusu Ruslan Süleymanov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat ödəyəcək.

MOİK - "Qaradağ Lökbatan” matçında hər iki klubun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublara 80 manat cərimə kəsilib.

"Neftçi-2” - "Zaqatala” matçının 66-cı dəqiqəsində "Neftçi-2”-nin futbolçusu Nihad Qurbanlı ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimələnib.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər