Aeksandr Rıbka: "Qələbə yoluna qayıtmağa çalışırıq"

Aeksandr Rıbka: "Qələbə yoluna qayıtmağa çalışırıq"
"Zədədən sonra oyuna qayıtmağıma çox şadam, bu tamamilə xüsusi hissdi". 
Fanat.Az xəbər verir ki, bunu "Səbail"in qapıçısı Aeksandr Rıbka deyib.
Qəsəbə təmsilçisi Premyer Liqanın XIII turu çərçivəsində dekabrın 1-də "Neftçi" ilə qarşılaşacaq.
Oyunöncəsi klubun rəsmi saytına danışan Rıbka 8 oyunluq məğlubiyyətsizlik seriyasına son qoymaq niyyətində olduqlarını söyləyib: "İndi fikirlərimiz yalnız "Neftçi" ilə növbəti oyuna bağlıdı. Komandada hamı qələbə yoluna qayıtmaq üçün çalışır".
Qeyd edək ki, "ASCO Arena"da keçiriləcək qarşılaşma saat 15:00-da başlayacaq.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər