Çad millisinin futbolçusu “Sumqayıt”da

Çad millisinin futbolçusu “Sumqayıt”da

2023/2024 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunun keçidini reallaşdırıb.

Fanat.Az xəbər verir ki, sözügedən komanda son klubu Kipr “Anortosis”i olan Çad millisinin üzvü Kasmir Ninqa ilə 1 illik müqavilə imzalayıb.

30 yaşlı cinah hücumçusu 11 nömrəli formada çıxış edəcək.

Kasmir Ninqa karyerası ərzində “Monpelye”, “Kann”, “Anje” (hamısı Fransa), “Sivasspor” (Türkiyə) və “Anortosis” (Kipr) klublarında çıxış edib. Çad millisində 18 oyun keçirən Ninqa 5 dəfə rəqib qapılarına yol tapıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər