"Çelsi"nin sabiq futbolçusu Temmi Abraham (Tammy Abraham) italiyanın "Roma" klubuna keçidini tamamlayıb.
Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayım.
Transfer məbləği 40 milyon avro olan futbolçu "canavarlar"la 2026-cı ilin iyul ayına qədər müqavilə imzalayıb.
Xatırladaq ki, futbolçu "Çelsi"də keçirdiyi 58 oyuna 21 qolla yadda qalıb.
Emin Şəmsiyev