ABL: "Neftçi" "Ordu"ya, "Sabah" "Sərhədçi"yə qarşı

ABL: "Neftçi" "Ordu"ya, "Sabah" "Sərhədçi"yə qarşı

Azərbaycan Basketbol Liqasının pley-off mərhələsi davam edir.

Fanat.Az xəbər verir ki, mərhələ çərçivəsində bu gün daha iki oyun keçiriləcək.

"Sərhədçi" "Sabah"la üz-üzə gələcək. Qarşılaşma Sərhədçi İdman Mərkəzində baş tutacaq. Komandalar arasında ilk matçda "Sabah" rəqibini 90:64 hesabı ilə məğlub edib.

Digər görüşdə isə "Neftçi" "Ordu" ilə qarşılaşacaq. Bu matç Bakı İdman Sarayında keçiriləcək. Komandalar arasındakı ilk görüşdə "Neftçi” 93:84 hesablı qələbəyə sevinib.

Hər iki oyun saat 19:00-da başlayacaq.

Qeyd edək ki, pley-off mərhələsində ötən gün baş tutan "Gəncə" - "Şəki" görüşündə meydan sahibləri 94:71 hesablı qələbə qazanıblar.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər