ABL: "Abşeron" evdə "Sabah"a uduzdu

ABL: "Abşeron" evdə "Sabah"a uduzdu

Azərbaycan Basketbol Liqasının III turunda "Abşeron" evdə "Sabah"a uduzub. Fanat.Az xəbər verir ki, Abşeron Olimpiya İdman Kompleksində gerçəkləşən oyun qonaqların 75:59 hesablı qələbəsi ilə yekunlaşıb. Turun bu gün keçirilmiş digər matçında "Şəki" evdə "Sumqayıt"dan üstün olub - 101:61. Qeyd edək ki, əvvəlki oyunlarda "Naxçıvan" "Sərhədçi"ni (83:66), NTD "Neftçi"ni (66:63) məğlub edib. "Gəncə" "Ordu"dan üstün olub - 82:61. "Lənkəran" isə "Quba" üzərində qələbə qazanıb - 86:81.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər