A Seriyası: "Yuventus" "İnter"i yendi, derbidə "Roma" üzüldü

A Seriyası: "Yuventus" "İnter"i yendi, derbidə "Roma" üzüldü

İtaliya A Seriyasında 13-cü tur başa çatıb.

Fanat.Az xəbər verir ki, son oyun günündə daha 5 görüş reallaşıb.

“Bolonya” evdə “Torino”nu, “Montsa” “Verona”nı, “Sampdoriya” “Fiorentina”nı üstələyib. 

“Yuventus” Turində “İnter”i məğlubiyyətə uğradıbsa, paytaxt derbisində “Roma” “Latsio”ya yenilib.

13 turdan sonra 35 xala malik “Napoli” vahid liderdir. “Milan”ın 29, “Latsio” və “Atalanta”nın hərəyə 27 xalı var. “Yuventus”la “Roma” 25 xalla növbəti pillələri bölüşdürürlər. “İnter” isə (24 xal) 7-ci pillədə qərarlaşıb.  

A Seriyası

XIII tur

6 noyabr

Bolonya – Torino 2:1 Qollar: Orsolini, 64. Poş, 73 – Lukiç, 26-pen.

Montsa – Verona 2:0 Qollar: Auqusto, 68. Kolpani, 90.

Sampdoriya – Fiorentina 0:2 Qollar: Bonaventura, 4. Milenkoviç, 58.

Roma – Latsio 0:1 Qol: Anderson, 29.

Yuventus – İnter 2:0 Qollar: Rabyo, 52. Facioli, 84.

5 noyabr

Empoli – Sassuolo 1:0 Qol: Baldanzi, 64.

Salernitana – Kremoneze 2:2 Qollar: Pyontek, 3. Kulibali, 38 – Okereke, 12. Çiofani, 89.

Atalanta – Napoli 1:2 Qollar: Lukman, 19 – Osimhen, 23. Elmas, 35.

Milan – Spetsiya 2:1 Qollar: T.Hernandes, 21. Jiru, 89 – Maldini, 59.

4 noyabr

Udineze – Leççe 1:1 Qollar: Beto, 68 – Kolombo, 33.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər