A Seriyası klubunun məşqində faciə yaşandı, sabahkı oyunu təxirə salındı

A Seriyası klubunun məşqində faciə yaşandı, sabahkı oyunu təxirə salındı

İtaliya A Seriyasının 34-cü turu çərçivəsində keçiriləcək "Atalanta" - "Leççe" oyunu ertələnib.

Fanat.Az xəbər verir ki, görüş bazar günü, aprelin 27-də keçiriləcək.

Bu barədə "Leççe"nin mətbuat xidməti məlumat yayıb. 

Oyunun təxirə salınmasına səbəb sözügedən klubun fizioterapevtinin ölümüdür. Qratsiano Fiorita 20 il komandada çalışıb və məşq zamanı dünyasını dəyişib. Komandanın futbolçuları məşqlərini yarımçıq qoyaraq dərhal evə qayıdıblar və klub növbəti oyunun təxirə salınması üçün A Seriyası rəhbərliyinə müraciət edib. 

Hazırda "Atalanta" A Seriyasında üçüncü yerdədir və çempionluq titulunu qazanmaq şansı azdır. "Leççe" isə xeyli aşağıda - 26 xalla turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.   

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər