AÇ: Millimiz qrupdan çıxa bilmədi

AÇ: Millimiz qrupdan çıxa bilmədi

Qadın voleybolçular arasında Avropa çempionatında qrup mərhələsinə yekun vurulub.

Fanat.Az xəbər verir ki, Almaniyanın Düsseldorf şəhərinin ev sahibliyi etdiyi C qrupunda yer alan komandamız Çexiya, meydan sahibi, Türkiyə, Yunanıstan və İsveç kollektivləri ilə qarşılaşıb. 

Çexiyanı 3:0 və Yunanıstanı 3:2 hesabları ilə məğlub edən yığmamız Türkiyəyə 0:3, Almaniya və İsveçə 1:3 hesabları ilə uduzub. Gərgin mübarizənin getdiyi bu qrupda komandamız 5 xal toplayaraq 5-ci yeri tutub və növbəti mərhələyə adlaya bilməyib.

C qrupunda Türkiyə, Çexiya, Almaniya və İsveç yığmaları 1/8 finala vəsiqə qazanıblar.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər