AÇ: Azərbaycan güləşçisi qızıl medal qazandı

AÇ: Azərbaycan güləşçisi qızıl medal qazandı

Azərbaycanın sərbəst güləşçisi Georgi Meşvildişvili Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

Fanat.Az xəbər verir ki, 125 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz finalda Solomon Manaşvilini (Gürcüstan) sonuncu xal prinsipi ilə üstələyib.

Bu, Azərbaycan millisinin yarışdakı ilk qızıl medalı olub.

Qeyd edək ki, daha əvvəl güləşçilərimizdən İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq) və Ağanəzər Novruzov (74 kq) bürünc, Osman Nurməhəmmədov (92 kq) isə gümüş medala sahib çıxıblar.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər