Fransanın Monpelye şəhərində böyüklər arasında Avropa çempionatının püşkü atılıb.
Fanat.Az xəbər verir ki, püşkatmanın nəticələrinə görə Azərbaycan cüdoçularının ilk rəqibləri məlum olub.
Xatırladaq ki, Azərbaycanın yığma komandası yarışda 9 çəki dərəsində 9 kişi və 2 qadın cüdoçu ilə təmsil olunacaq.
Qadınlar
-48 kq. Leyla Əliyeva - Lois Petit (Belçika)
-52 kq. Gültac Məmmədəliyeva - Coana Dioqo (Portuqaliya) / Sofiya Asvesta (Kipr Respublikası) görüşünün qalibi ilə
Kişilər
-60 kq. Balabəy Ağayev - Andreya Karlino (İtaliya) / Rodriqo Kosta Lopes (Portuqaliya) görüşünün qalibi ilə Turan Bayramov - Qamzat Zayrbekov (Fərdi Neytral İdmançılar) / Mihrac Akkus (Türkiyə) görüşünün qalibi ilə
-66 kq. Yaşar Nəcəfov - Matteo Piras (İtaliya)
-73 kq. Hidayət Heydərov - Abdul Malik Umayev (Belçika) Rəşid Məmmədəliyev - Turpal Coukayev (Finlandiya)
-81 kq. Zelim Tçkayev - Oskari Makinen (Finlandiya)
-90 kq. Murad Fətiyev - Laşa Bekauri (Gürcüstan)
-100 kq. Zelim Kotsoyev - Hari Lovel-Hevit (Böyük Britaniya)
+100 kq. Uşanqi Kokauri - Mirkeya Croytoru (Rumıniya) / Marius Fizel (Slovakiya) görüşünün qalibi ilə