600-dən çox idmançı sabah Bakıda mübarizəyə başlayır

600-dən çox idmançı sabah Bakıda mübarizəyə başlayır

Sabah Bakıda batut gimnastikası üzrə 28-ci dünya yaş qrupları yarışlarına start veriləcək.

Fanat.Az xəbər verir ki, 4 gün davam edəcək yarışda ölkəmizi 15 gimnast təmsil edəcək. 

Oğlanların yarışında İbrahim Mustafazadə, Ammar Baxşəliyev, Mehdi Əliyev, Maqsud Mahsudov, Nicat Mirzəyev, Əli Niftəliyev, Aleksey Karataşov, Elnur Məmmədov, Hüseyn Əsədullayev, Bilal Qurbanov, Adil Hacızadə və Tofiq Əliyev çıxış edəcəklər. Qızların mübarizəsində isə Səma Cəfərova, Şəfiqə Hümbətova və Selcan Məhsudova uğur qazanmağa çalışacaqlar.

Yarışda 32 ölkədən 621 idmançı iştirak edəcək. Gimnastlar həm batut, həm tamblinq, həm də ikili mini-batut üzrə 11-12, 13-14, 15-16 və 17-21 yaş kateqoriyalarında mübarizə aparacaqlar. Sahib

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər