37 yaşlı Suares MLS-də ikinci gəncliyini yaşayır

37 yaşlı Suares MLS-də ikinci gəncliyini yaşayır

Dünən MLS liqası çərçivəsində "Nyu-York Siti" ilə qarşılaşan "İnter Mayami"nin (1:1) yeganə qoluna matçın 15-ci dəqiqəsində imza atan Luis Suares cari mövsüm 5-ci dəfə qoleadorluq bacarığını ortaya qoyub.

Fanat.Az xəbər verir ki, Mayami təmsilçisinə azad agent qismində bu ilin yanvarında qoşulan uruqvaylının hesabında 3 məhsuldar ötürmə də var.

37 yaşlı Suares hazırda bombardirlər cədvəlində 2-ci pillədə mövqe tutub. O, yalnız 6 qol vurmüş Lyüis Morqandan geri qalır. Düzdür, daha 3 futbolçu da 5 dəfə rəqib qapılarına yol tapıb, ancaq onların hamısı məhsuldar ötürmə sayına görə Suaresə uduzurlar.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər