AFFA 3 klubu cərimələdi

AFFA 3 klubu cərimələdi
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Fanat.Az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, iclasda 4 klubla bağlı məsələyə baxılıb.
Azərbaycan Premyer Liqasında XIV turun "Zirə” – "Qəbələ” oyununda stadiondakı hesab tablosu işlək vəziyyətdə olmayıb. Bu səbəbdən, meydan sahibi klub 800 manat cərimələnib. Bundan başqa klublar hərəyə 4 futbolçusunun sarı vərəqə almaları səbəbindən 800 manat cərimələniblər.
Eyni cəzaya "Səbail”lə səfər oyununda 5 futbolçusunun sarı vərəqə alması üzündən "Neftçi" məruz qalıb.
"Sumqayıt”la ev oyununun 38-ci dəqiqəsində "Keşlə”nin futbolçusu Elçin Mustafayev "sonuncu ümid folu”na görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Buna görə Mustafayev 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər