"Səbail" daha bir futbolçusu ilə vidalaşdı

"Səbail" daha bir futbolçusu ilə vidalaşdı
"Səbail” klubu futbolçusu Bəxtiyar Rəhmani ilə yollarını ayırıb.
Fanat.Az xəbər verir ki, 29 yaşlı iranlı yarımmüdafiəçinin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib. Futbolçu azad agent statusu alıb.
Qeyd edək ki, Bəxtiyar Rəhmani 2020-ci ilin noyabrında "Səbail"ə keçib. O, Premyer Liqa təmsilçisində 3 oyunda meydana çıxıb. Klub daha əvvəl Arsen Ağcabəyov, Orxan Qurbanlı, Murad Qayalı və Əli Sadıxovla vidalaşıb.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər