Bu gün Türkiyə Super Liqasında III turun oyunları davam etdiriləcək.
Fanat.Az xəbər verir ki, bu gun İstanbul derbisi - "Qalatasaray” - "Fənərbağça” matçı keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 20.00-da başlanacaq.
Əzəli rəqiblər tarixdə 392-ci dəfə qarşılaşacaq. 391 oyunda "Fənərbağça" 146, "Qalatasaray" 124 qələbə qazanıb, 121 görüşdə qalib müəyyənləşməyib. Top fərqində də "Fənərbağça" öndədi - 536:488.
"Qalatasaray" - "Fənərbağça" derbilərinin bombardiri Zeki Rza Sporeldi. "Fənərbağça"nın keçmiş oyunçusu 27 qol vurub. "Qalatasaray"ın derbilərdə ən böyükhesablı qələbəsi 7:0, "Fənərbağça"nın ən böyükhesablı qələbəsi 6:0 olub. "Qalatasaray" ardıcıl 18, "Fənərbağça" 11 derbidə 3 xal qazana bilməyib.
"Qalatasaray"la "Fənərbağça" arasında son 10 mövsümdə oynanılan 25 derbidə vurulan qolların çoxuna əcnəbilər imza atıb. Belə ki, 25 oyundakı 49 qolun 35-ini legionerlər rəqib qapısından keçirib. Bu matçlarda "Qalatasaray" 25, "Fənərbağça" 24 ql vurub.
Mümkün start heyətləri:
Qalatasaray: Fatih Öztürk, Omar Elabdellaoui, Markao, Kristian Luyindama, Martin Linnes, Taylan Antalyalı, Yunes Belhanda, Emre Kılıc, Arda Turan, Sofian Fequli, Radamel Falkao.
Fənərbağça: Altay Bayındır, Gökhan Gönül, Mauritsio Lemos, Zanka, Caner Erkin, Jose Sosa, Luis Qustavo, Ozan Tufan, Mame Baba Tiam, Ferdi Kadioğlu, Mbvana Samatta.
Qeyd edək ki, 2 oyundan 6 xalı olan "Qalatasaray” 3-cü, "Fənərbaxça” isə 4 xalla 9-cu yerdədir.
Fanat.Az