"Səbail" ilk transferini açıqladı

"Səbail" ilk transferini açıqladı
"Səbail" mövsümlərarası fasilədə ilk transferini ictimaiyyətə açıqlayıb.
Fanat.Az xəbər verir ki, Bakı klubu Məqsəd İsayevlə anlaşdığını bəyan edib.
Ötən mövsümün sonunda "Sabah"dan ayrılan 26 yaşlı cinah müdafiəçisi bundan sonra "Səbail"in formasını geyinəcək.
Qeyd edək ki, baş məşqçi Aftandil Hacıyevi postunda saxlayan "Səbail" Fəhmin Muradbəyli, Ruslan Hacıyev, Eltun Yaqublu, Maykl Essyen, Şəhriyar Rəhimov və Eriko da Silva ilə yollarını ayırıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər