Azərbaycan Premyer Liqasının dəyəri müəyyənləşib.
Fanat.Az xəbər verir ki, çempionatımızda çıxış edən 8 klubun futbolçularına qoyulan ümumi qiymət 59,4 milyon avrodu.
Bu göstərici ilə Premyer Liqa postsovet məkanı ölkələri arasında 6-cı olub. 15 ölkənin yer aldığı siyahıya Rusiya Premyer Liqası başçılıq edir - 923,1 milyon avro. İkinci pillədəki Ukrayna çempinatının dəyəri 289,5 milyon avrodu. İlk "üçlüy"ü 124,6 milyon avro ilə Qazaxıstan çemionatı qapayır.
Liqalarda ən çox klubun çıxış etdiyi ölkələr Rusiya və Belarusdu - 16 klul. Litva çempionatında isə cəmi 6 klub mübarizə aparır.
1. Rusiya - 923,1 milyon avro (16 klub)
2. Ukrayna - 289,5 milyon avro (12 klub)
3. Qazaxıstan - 124,6 milyon avro (12 klub)
4. Belarus - 77,9 milyon avro (16 klub)
5. Özbəkistan - 73,75 milyon avro (14 klub)
6. Azərbaycan - 59,4 milyon avro (8 klub)
7. Gürcüstan - 40,15 milyon avro (10 klub)
8. Ermənistan - 37,68 milyon avro (10 klub)
9. Latviya - 28,95 milyon avro (10 klub)
10. Moldova - 27,1 milyon avro (9 klub)
11. Estoniya – 23,43 milyon avro (10 klub)
12. Litva - 18,48 milyon avro (6 klub)
13. Qırğızıstan - 4,69 milyon avro (9 klub)
14. Tacikistan - 4,5 milyon avro (10 klub)
15. Türkmənistan -? (8 klub).
Fanat.Az