AFFA I divizion klubuna texniki məğlubiyyət verdi

AFFA I divizion klubuna texniki məğlubiyyət verdi
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Fanat.Az xəbər verir ki, iclasda birinci divizionun 18-ci turunun oyunları müzakirə olunub və qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.
MOİK – "Binə” matçında meydan sahiblərinin  heyətində cəzalı olan futbolçu iştirak etdiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib. Bundan başqa, "hərbçilər” 400 manat məbləğində cərimə olunub.
 
"Zaqatala”nın futbolçusu Osman Qurbanov "Turan Tovuz"la oyunun 90-cı dəqiqəsində ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimələnib.
"Mil-Muğan" isə "Sabah"la matçda 5 futbolçusu sarı vərəqə aldığından 80 manat cərimə olunub. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər