"Sumqayıt" heyətinə daha bir futbolçu qatıb. Fanat.az xəbər verir ki, Premyer Liqa klubu qapıçı Tural Abbaszadə ilə 1 illik müqavilə imzalayıb. 23 yaşlı qolkiper "Sumqayıt"fa 12 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Tural Abbaszadə bundan əvvəl "Simurq" və "Kəpəz" klublarında çıxış edib, 21 yaşadək futbolçulardan ibarət millimizin formasını geyinib.
Fanat.az