"Sumqayıt" 2015/16 mövsümü üçün transfer çalışmalarını davam etdirir. Fanat.az xəbər verir ki, klub rəhbərliyi mərkəz müdafiəçisi Bəxtiyar Həsənalızadə ilə 1 illik yeni müqavilə imzalayıb.
Qeyd edək ki, Bəxtiyar Həsənalızadə peşəkar karyerasına "Sumqayıt"da başlayıb. 22 yaşlı futbolçu başa çatan mövsümdə 28 rəsmi oyuna çıxıb və 2418 dəqiqə oynayıb.
"Sumqayıt" bundan əvvəl Vurğun Hüseynov və Murad Ağayevlə yeni müqavilə imzalamışdı. Bundan başqa "gənclik şəhəri" təmsilçisi Ağabala Ramazanov (Xəzər Lənkəran), Məhəmməd Alıyev (Neftçala) və Nuran Qurbanovu (Bakı) transfer edib.
Fanat.az