Vurğun Hüseynovla müqavilənin müddətini artıran "Sumqayıt" daha bir futbolçu ilə yeni saziş imzalayıb. Fanat.az xəbər verir ki, klub rəhbərliyi dayaq yarımmüdafiəçisi Murad Ağayevlə yeni müqavilə imzalayıb.
22 yaşlı futbolçu 2016/17 mövsmünün sonuna qədər "Sumqayıt"ın şərəfini qoruyacaq.
Qeyd edək ki, Murad Ağayev cari mövsümdə "Sumqayıt"ın heyətində Premyer Liqada ümumilikdə 15 qarşılaşmada 1031 dəqiqə meydanda olub və 1 qol vurub.
Fanat.az