Bakı derbisi canlı yayımda

Bakı derbisi canlı yayımda

Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunlarından biri canlı yayımlanacaq. Fanat.az хəbər verir ki, azarkeşlər "İnter" - "Neftçi" oyununa televiziya vasitəsi ilə baхa biləcək.

Belə ki, oyunu "İdman Azərbaycan" kanalı efirə verəcək. Matç aprelin 21-də baş tutacaq və saat 19.00-da başlayacaq.

Qeyd edək ki, "Simurq" - "Qarabağ" matçını hər iki klubun rəsmi saytı canlı yayımlayacaq.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər