"Sumqayıt"ın rəqibi müəyyənləşdi

"Sumqayıt"ın rəqibi müəyyənləşdi

Milli komandanın Norveçlə keçirəcəyi oyunla bağlı Topaz Premyer Liqasında yaranan fasilə zamanı "Sumqayıt" yoxlama görüşü keçirəcək. Fanat.az xəbər verir ki, "Gənclik şəhəri"nin təmsilçisi ötən mövsümün bürünc mükafatçısı "Qəbələ" ilə qarşılaşacaq.

Qarşılaşma noyabrın 12-də baş tutacaq.

Qeyd edək ki, XI turda "İnter"lə qarşılaşmadan sonra istirahətə buraxılan "Sumqayıt" noyabrın 7-də yığışacaq. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər