Daha bir futbolçu "Sumqayıt"dan getdi

Daha bir futbolçu "Sumqayıt"dan getdi
"Sumqayıt" daha bir futbolçusu ilə yollarını ayırıb. Fanat.az xəbər verir ki, Aqşin Muxtaroğlu gənclik şəhəri təmsilçisini tərk edib.
Artıq 22 yaşlı yarımmüdafiəçinin yeni klubu da müəyyənləşib. Aqşin Kamal Quliyevi baş məşqçi postuna gətirən "Neftçala"nın formasını geyinəcək.
Qeyd edək ki, Aqşin 2012/13 mövsümündən "Sumqayıt"ın əsas heyətində çıxış edir. Bu müddətdə o, 34 rəsmi oyuna çıxıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər