20 yaşlı futbolçu "İnter"in tarixinə düşdü

20 yaşlı futbolçu "İnter"in tarixinə düşdü
Premyer Liqanın V turu çərçivəsində keçirilən "İnter" - "Simurq" matçı bəzi statistik göstəricilərlə də yadda qalıb. Fanat.az xəbər verir ki, matçın 31-ci dəqiqəsində "Simurq"un qapısını dəqiq hədəfə alan "İnter"in gənc yarımmüdafiəçisi İlqar Ələkbərov klubun Azərbaycan çempionatlarında fərqlənən sayca 76-cı futbolçusu olub.
Bu mövsümdə bu siyahıya öncə Vaqif Cavadov, Ruslan Əmircanov və Brüs Abdulaye daxil olmuşdu. Cavadov bu mövsüm "İnter"in heyətində birinci olsa da, Əmircanov və Abdulaye komandada ötən ildən çıxış edirdilər, amma Premyer Liqanın 2012/13 mövsümündə qol vurmaqla fərqlənə bildilər.
 
Qeyd edək ki, "İnter"in heyətində ən yaxşı bombardir Xaqani Məmmədovdu. Onun aktivində 28 qol var. Uruqvaylı Valter Quqlemon 22 dəfə fərqlənib. Baçana Tsxadadzenin hesabında 18, Robertas Poşkusun aktivində isə 14 qol var.
 
Əlavə edək ki, "İnter" 2004-cü ildən bu günədək 269 matç keçirib. 145 oyunda qələbə qazanan komanda 71 dəfə heç-heçə edib və 53 qarşılaşmada məğlub olub. Bu matçlarda "bankirlər" 377 qol vurub, qapısından 188 top buraxıb.
inter.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər