13 yaşlı "Sumqayıt" azarkeşi Ekiqodan üzr istədi

13 yaşlı "Sumqayıt" azarkeşi Ekiqodan üzr istədi
Noyabrın 12-də "Kapital Bank Arena"da "Sumqayıt"la "Qəbələ" arasında yoxlama oyunu keçirilməsi və həmin qarşılaşmada rəqib komandanın üzvü Ekiqo Ehiosuna qarşı xoşagəlməz ifadə səslənməsi barədə xəbər vermişdik. "Sumqayıt" həmin hadisəyə səbəb olan azyaşlı azarkeşi tapıb. 
Fanat.az xəbər verir ki, 13 yaşlı Tural Rzayev adlı fanat onun səsləndirdiyi şüarın Ekiqo Ehiosunun səhv başa düşdüyünü söyləyib. Azyaşlı azarkeş anlaşılmazlığa görə adıçəkilən futbolçuya üzrxahlıq məktubu ünvanlayaraq ondan üzr istəyib.
Müraciətin mətni: "Əziz Ekiqo, mən uşaqlıqdan futbol azarkeşi olmuşam. Hər zaman komandama dəstək vermişəm. Sənin komandanın oyununu stadiondan izləmişəm. Sənə dediyim söz düzgün başa düşülməyib. Əgər dediyim söz xətrinə dəyibsə, səndən üzr istəyirəm. Ailəmdən aldığım tərbiyə mənə nəinki irqçiliyə heç təhqirə də yol vermir. Əgər müraciətimi qəbul edirsənsə növbəti "Sumqayıt" - "Qəbələ" oyununda səninlə şəkil çəkdirmək istəyimi qəbul edəsən".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər