12 milyonluq hücumçu "Fənərbağça"da

12 milyonluq hücumçu "Fənərbağça"da

"Fənərbağça"nın anlaşdığı futbolçu Joan Pedro bu səhər İstanbula gəlib. 

Fanat.Az xəbər verir ki, "Kalyari"nin hücumçu isə transfer danışıqlarını tamamlamaq üçün masa arxasına keçiləcək. 

30 yaşlı oyunçu Türkiyəyə ailəsi ilə birgə gəlib. 

12 milyonluq hücumçu "Fənərbağça"da

"Fanatik" tibbi müayinədən keçəcək futbolçunun rəsmi müqaviləyə imza atacağını bildirib. Anlaşma baş tutarsa, İtaliya millisində 1 oyun keçirmiş Pedro ilə 3 illik sözləşmə imzalanacaq və futbolçu ilinə 2,5 milyon avro qazanacaq. "Kalyari" isə bu keçiddən 6,5 milyon avro qazanacaq. 

Qeyd edək ki, futbolçunun "Transfermarkt"dakı transfer dəyəri 12 milyon avrodur.

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər