114 illik İstanbul derbisinin favoriti kimdir?

114 illik İstanbul derbisinin favoriti kimdir?

Bu gün dünyanın ən prinsipial derbilərindən biri baş tutacaq.

Fanat.Az xəbər verir ki, Türkiyə Super Liqasının 18-ci turu çərçivəsində "Qalatasaray"la "Fənərbağça" üz-üzə gələcək.

17 yanvar 1909-cu ildə hazırda "Ülkər stadionu"nun yerləşdiyi "Kahin çəmənliyi" adlanan yerdə keçirilən matçla ("Qalatasaray" 2:0 qalib gəlib) başlayan 114 illik rəqabətdə qalibiyyət və qol sayında "Fənərbağça" üstün durumdadır. 

İstanbul təmsilçiləri indiyə qədər 395 dəfə qarşılaşıblar. Bunun 148-də "Fənərbağça", 125 dəfə isə "Qalatasaray" qalib gəlib. Tərəflərin 122 oyunu heç-heçə ilə yekunlaşıb.

"Fənərbağça"nın 540 qoluna "Qalatasaray" 490 qolla cavab verib. 

Sırf Super Liqa matçlarına gəlincə, ümumi hesabda üstünlüyünü liqa matçlarına da əks etdirən "Fənərbağça" əzəli rəqibini 52-35 üstələyir. Liqada 43 matç bərabərliklə nəticələnib. 

İki komanda arasında oynanan son 10 derbidən 6-sı bərabərlik qeydə alınıb. Belə ki, son 10 qarşılaşmada tərəflər hərəyə 2 dəfə meydanı 3 xalla tərk edə biliblər. Bu görüşlərdəki qol sayında da mütləq barəbarlik var - komandalar hərəyə 8 dəfə rəqib qapılarına yol tapıblar. 

Budəfəki derbinin də kifayət qədər maraqlı keçəcəyi proqnozlaşdırılır. Buna hər iki komandanın əla formada olması əsas verir. Bundan başqa, əzəli rəqiblər 1-2-ci yerlərdə qərarlaşıblar ki, bugünkü görüş həm də zirvə savaşı olacaq. 

Super Liqada son 6 matçda qalib gələn "Qalatasaray" Kadıköydə də istədiyi nəticəni əldə etməyə və zirvədəki yerini qorumağa çalışacaq.

Ümumiyyətlə, liqada keçirdiyi son 7 matçda uduzmayan "sarı-qırmızılılar" sonuncu məğlubiyyətini təxminən 3 ay əvvəl - oktyabrın 15-də "Kayserispor"dan (1:2) alıb.

Meydan sahibi "Fənərbağça"ya gəlincə, komanda liqada keçirdiyi 9 oyunda 7 qələbə qazanıb, 1 heç-heçə və 1 məğlubiyyətlə 22 xal toplayaraq liderdən minimal fərqlə geri qalır. 

"Ülker stadionu"nda oynanılacaq və saat 20:00-da başlayacaq qarşılaşma "beIN Sports 1" kanalında yayınlanacaq.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər