1-ci Liqa: Liderlərin duelində qollu bərabərlik, "Səbail" Zaqatalada sevindi

1-ci Liqa: Liderlərin duelində qollu bərabərlik, "Səbail" Zaqatalada sevindi

Azərbaycan I Liqasıda qış fasiləsi yekunlaşıb. 

Fanat.Az xəbər verir ki, bu gün XIII tur başlayıb.   İlk oyun günündə liderlərin iştirakı ilə 3 matç keçirilib və hamısının start fiti eyni vaxtda - 14:30-da səsləndirilib. 

"Cəbrayıl" Şamaxıda MOİK ilə məhsuldar bərabərliyə razılaşıb. Lider "Şəfa" ən yaxın izləyicisi "Baku Sportinq"lə çətin dueldən qollu heç-heçə ilə ayrılıb. Premyer Liqaya can atan "Səbail" isə səfərdə "Zaqatala"nı tək qolla yenib.  

Azərbaycan I Liqası XIII tur 5 fevral   

“Cəbrayıl” – MOİK 2:2 Qollar: A.Dauda, 11;74 - S.Fərəcov, 41. M.Baxşalı,69. Hakimlər: Alik Yunusov, Adil Bədəlov, Aydın Bəxşiyev, Rəsul Babayev Hakim-inspektor: Feyzulla Feyzullayev AFFA nümayəndəsi: Anar Şıxəliyev Şamaxı. Olimpiya İdman Kompleksinin stadionu. 

“Şəfa” – “Baku Sportinq” 1:1 Qollar: E.Zamanov,48-pen - X. Məmmədli 75  Hakimlər: Kamran Əliyev, Orxan İbişov, Asif Abdullayev, Nazim Abdullayev Hakim-inspektor: Əmrah İbrahimov AFFA nümayəndəsi: Mahal Məmmədov Binə qəsəbə stadionu.

“Zaqatala” – “Səbail” 0:1 Qol: E.Qasımov, 18 Hakimlər: Əkbər Əhmədov, Sənan Atayev, Rəhman Aslanov, Ceyhun Hüseynov Hakim-inspektor: Rövşən Əhmədov AFFA nümayəndəsi: Eldar Məmmədov Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu. 

1-ci Liqa: Liderlərin duelində qollu bərabərlik, "Səbail" Zaqatalada sevindi

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər