Özkara "Qalatasaray"a qarşı oynamadı - VİDEO

Özkara "Qalatasaray"a qarşı oynamadı - VİDEO

Türkiyə Super Liqasında IV tura start verilib. Fanat.az xəbər verir ki, ilk oyun günündə bir matç baş tutub.

Günün yeganə oyununda "Qalatasaray" "Sivasspor"u qəbul edib. Son iki turda qələbəyə həsrət qalan "Cim-Bom" 3 xala sevinib. Meydan sahiblərinin heyətində Aurelien Çedyu və Burak Yılmaz rəqib qapısına yol tapıb. "Sivasspor"un qoluna isə Çiçinyo imza atıb.

"Sivasspor"un baş məşqçisi Roberto Karlos Cihan Özkaraya bu matçda oynamaq şansı verməyib. Millimizin üzvü ehtiyatda qalıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər