"Zirə"dən ayrılan futbolçu "Sumqayıt"a keçdi

"Zirə"dən ayrılan futbolçu "Sumqayıt"a keçdi
Cari mövsümün sonunda "Zirə"dən ayrılan Tellur Mütəllimovun yeni klubu müəyyənləşib.
"Report"un əldə etdiyi məlumata görə, 25 yaşlı futbolçu "Sumqayıt"la anlaşıb.
Yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanacaq.
Qeyd edək ki, "Qəbələ"nin yetirməsi olan T.Mütəllimov 2015-2017-ci illərdə bu komandanın formasını geyinib. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər