"Zirə" "Sabah"la oyuna tam heyətlə hazırlaşa bilmir - İtkilər açıqlandı

"Zirə" "Sabah"la oyuna tam heyətlə hazırlaşa bilmir - İtkilər açıqlandı

Misli Premyer Liqasının XII turunda "Sabah"ın qonağı olacaq "Zirə" "bayquşlar"la oyunun hazırlıqlarını Bakı Olimpiya Stadionunun ehtiyat meydanında davam etdirir.

"Qartallar"ın mətbuat katibi Elmar Abdullazadənin Fanat.Az-a verdiyi məlumata görə, baş məşqçi Rəşad Sadıqov Masazırda 3 futbolçusunun xidmətindən yaralana bilməyəcək:

"Cəzalı oyunçumuz yoxdur. Zədəlilərə gəlincə, Stefan Aka, Filipe Paxtman və İsmayıl İbrahimli meydana çıxmayacaqlar".

Qeyd edək ki,  "Sabah" - "Zirə" qarşılaşması noyabrın 5-də keçiriləcək. Turun mərkəzi qarşılaşmasının start fiti 18:30-da səsləndiriləcək.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər