"Zirə" "Neftçi" ilə oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

"Zirə" "Neftçi" ilə oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

Misli Premyer Liqasının lideri "Zirə" "Neftçi"yə qarşı "Neftçi Arena"da keçirəcəyi oyunun hazırlıqlarını  davam etdirir.

"Qartallar"ın mətbuat katibi Elmar Abdullazadənin Fanat.Az-a verdiyi məlumata görə, komandada yalnız bir itki var:

"Hazırda zədəli oyunçumuz yoxdur. "Neftçi"yə qarşı yalnız ötən tur qırmızı vərəqə alan Pyer Zebli oynaya bilməyəcək. Komanda ənənəvi qaydada gündə bir məşq edərək qarşıdakı matça hazırlaşır".

Qeyd edək ki,  "Zirə" 6 oyuna 15 xal toplayıb. Sözügedən kollektivin hərəyə 10 xal yığan 4 təqibçisi var.

Nihat  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər