“Qəbələ” tarixində 500-cü qolu vurub. Fanat.az xəbər verir ki, tarixi qol Topaz Premyer Liqasının XXVI turunun “Qarabağ”la oyununa (1:2) təsadüf edib.
Bu gün keçirilən matçadək rəsmi oyunlarda 499 dəfə fərqlənən “qırmızı-qaralar”ın yubiley qoluna Sergey Zenyov imza atıb. Estoniyalı legionerin klubun 11 illik tarixində vurduğu 500-cü qol 389-cu matça təsadüf edib. İlk rəsmi oyununu 2005-ci il sentyabrın 21-də, I dəstədə oynadığı vaxt keçirən komanda Premyer Liqada 345, I dəstədə və Azərbaycan Kubokunda 72, avrokuboklarda 11 dəfə fərqlənib. Penaltilər seriyaları və nəticəsi ləğv olunan qarşılaşmalar nəzərə alınmamaqla vurulan bu topların 283-ü evdə, 216-sı səfərdə, 1-i neytral meydanda qeydə alınıb.
Bu, “qırmızı-qara” formada 39-cu görüşə çıxan Zenyovun 4-cü qoludu.
1-ci qol: İlqar İbrahimov (öz qapısına)
21.09.2005 Göy-Göl - Şərur 8:0 (I dəstə)
100-cü qol: Vitali Balamestnı
07.04.2007 Gilan - Simurq 3:1 (Premyer Liqa)
200-cü qol: Tomaş Stolpa
20.11.2009 Standard - Qəbələ 1:2 (Premyer Liqa)
300-cü qol: Viktor Mendi
29.04.2012 Qəbələ - Bakı 4:0 (Premyer Liqa)
400-cü qol: Dodo
13.09.2014 Simurq - Qəbələ 1:2 (Premyer Liqa)
500-cü qol: Sergey Zenyov
19.03.2016 Qəbələ - Qarabağ 1:2 (Premyer Liqa)
Fanat.az