"Yuvenus"la "İnter" ulduzlarını dəyişir.
Fanat.Az xəbər verir ki, bu barədə İtaliyanın "Gazzetta dello Sport" qəzeti məlumat yayıb.
Məlumata görə, "Yuventus" Paulo Dibalanı "İnter"ə göndərəcək, əvəzində Mauro İkardini heyətinə qatacaq.
"Yuventus"un texniki direktoru Fabio Paratisi və "İnter"in icraçı direktoru Beppe Marotta bu günlərdə görüşərək argentinalı ulduzların dəyşikliyini müzakirə edəcək.
Qeyd edək ki, İkardi 2013-cü ildə "Sampdoriya"dan "İnter"ə 13 milyon avroya transfer olunub. Hazırda "Transfermarkt" ona 100 milyon avro qiymət qoyub. Dibala isə 2015-ci ildə "Palermo"dan "Yuventus"a 40 milyon avroya keçib. "Transfermarkt"ın dəyərləndirməsinə görə hazırda onun qiyməti 85 milyon avrodu.
Fanat.Az