“Yuventus” yarımfinalda “İnter”ə rəqib oldu

“Yuventus” yarımfinalda “İnter”ə rəqib oldu

İtaliya kubokunda 1/4 final mərhələsinə yekun vurulub.

Fanat.Az xəbər verir ki, sonuncu oyun günündə daha bir qarşılaşma baş tutub.

“Yuventus” “Latsio”nu qəbul edib və rəqibini məğlub etməklə növbəti mərhələyə yüksəlib.

Daha öncə “İnter”, “Fiorentina” və “Kremoneze” də yarımfinala yüksəlmişdi. Yarımfinalda “İnter” “Yuventus”la, “Kremoneze” isə “Fiorentina” ilə mübarizə aparacaq. Bu mərhələnin oyunları apreldə keçiriləcək.

İtaliya kuboku 1/4 final 31 yanvar

İnter – Atalanta 1:0 Qol: Darmian, 57.

1 fevral

Fiorentina – Torino 2:1 Qol: Yoviç, 64. İkone, 89 – Karamo, 90+2.

Roma – Kremoneze 1:2 Qol: Belotti, 90+4 – Dessers, 28. Z.Çelik, 49.

2 fevral

Yuventus – Latsio 1:0 Qol: Bremer, 44.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər