Yurçeviçdən vida mesajı: "Azərbaycan yığmasındakı hər andan həzz aldım"

Yurçeviçdən vida mesajı: "Azərbaycan yığmasındakı hər andan həzz aldım"
"AVRO-2020"nin seçmə mərhələsindən sonra AFFA tərəfindən Azərbaycan millisinin baş məşqçi postundan istefaya göndərilən Nikola Yurçeviç "Facebook" səhifəsində paylaşım edib.
Fanat.Az xəbər verir ki, xorvat mütəxəssis vida mesajı yayıb: 
"AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisinə rəhbərik etdim. Bu, mənim üçün böyük mübarizə oldu. Yığmadakı hər andan həzz aldım. Hər kəsə təşəkkür etmək istəyirəm: futbolçulara, köməkçilərə, dəstək verənlərə, AFFA-ya... İndi isə səbirsizliklə yeni fürsətləri gözləyirəm".
Qeyd edək ki, yığmamız Nikola Yurçeviçin rəhbərliyi altında Avropa çempionatının seçmə mərhələsində keçirdiyi 8 matçda cəmi 1 xal toplayıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər