Yurçeviç: "AÇ 2020-nin finalı? Bu haqda AFFA rəsmiləri ilə söhbətimiz olmayıb"

Yurçeviç: "AÇ 2020-nin finalı? Bu haqda AFFA rəsmiləri ilə söhbətimiz olmayıb"

Millimizin baş məşqçi postuna son namizəd Nikola Yurçeviç "Sumqayıt” - "Qarabağ” görüşünü canlı izləyib.

 

 

 

Xorvat matçın fasiləsində jurnalistlərin suallarını cavablandırıb.

- Azərbaycanda ilk oyuna baxırsız. - Elədi. "Qarabağ” "Sumqayıt”dan yaxşı oyun göstərir. İlk hissənin nəticəsi oyuna görədi.

- Rəsmən millimizin baş məşqçisi olmaq üzrəsiz. Azərbaycan futbolu ilə maraqlanırsız? - Yetərincə məlumatlıyam. Başqa çalışdığım yerlərdə Azərbaycan millisinin oyunlarını izləmişəm. İkinci dəfədi Azərbaycandayam. Kifayət qədər məlumat yığmışam. Azərbaycana bağlılığı olan məşqçilərdən hər şeylə maraqlanmışam. Robert Prosineçki və onun köməkçisiylə danışmışam.

- Belə məlumatlar var ki, millinin baş məşqçisinin qarşısına AÇ-2020-nin final mərhələsinə vəsiqə qoyulub. - Bu məqsəd haqda AFFA rəsmiləri heç nə deməyib. Məqsədimiz oyundan oyuna artırmaq və daha yaxşı oyun nümayiş etdirməkdir.

- Zaman çox azdı. Oyun fəlsəfənizi millimizə aşılaya biləcəksiz? Planlarınız necədi? - Kifayət qədər millidən məlumatlıyam. Vətənimin seçməsini - Xorvatiya yığmasını da yaxş tanıyıram. Çox danışmaq istəmirəm, çünki heç nə rəsmiləşməyib.

- Təlim-məşq toplanışı üçün planınız var? - Ağlımda hansısa fikirlər var. İstəyirəm hər şey dəqiqləşsin. İndi demək çox tezdir.

- Deyilənə görə, Azərbaycana xeyli yüklə gəlmisiz. Bu da o deməkdi ki, baş məşqçi postuna təyin ediləcəksiz. - Hər şey müsbətdi. Gözləmək lazımdı.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər