Yüksək Liqada təxirə salınan oyunun vaxtı açıqlandı

Yüksək Liqada təxirə salınan oyunun vaxtı açıqlandı

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında III turdan təxirə salınan “Sərhədçi” – “Murov” oyununun keçirilmə yeri və vaxtı dəqiqləşib.

Federasiyanın Mətbuat Xidmətindən Fanat.Az-a verilən məlumata görə, qarşılaşma fevralın 9-da saat 17:00-da başlayacaq.

Fevralın 12-də isə V turun matçları olacaq. Saat 15:00-da “Neftçi” - “Sərhədçi”, ardınca isə MOİK – “Ekspress” görüşü start götürəcək. Qarşılaşmalar “Murov” klubunun idman zalında baş tutacaq.

Qeyd edək ki, pandemiya səbəbindən oyunlar azarkeşsiz keçirilir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər