Yüksək Liqada növbəti turun proqramı

Yüksək Liqada növbəti turun proqramı

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti turun keçirilmə yeri və vaxtı dəqiqləşib.

Federasiyanın Mətbuat Xidmətindən Fanat.Az-a verilən məlumata görə, XIII turunun oyunları martın 26-da təşkil olunacaq.

Günün ilk qarşılaşmasında saat 15:00-da “Neftçi” və “Sərhədçi” komandaları üz-üzə gələcək. Bu görüşdən 2 saat sonra “Ekspress” – MOİK oyunu gerçəkləşəcək.

Hər iki matç “Murov” Voleybol Klubunun idman zalında baş tutacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər