Yüksək Liqa: Yeni ilin ilk matçlarının vaxtı bilindi

Yüksək Liqa: Yeni ilin ilk matçlarının vaxtı bilindi

Qadın və kişi voleybolçuların Yüksək Liqasında növbəti turun oyunları keçiriləcək.

Fanat.Az xəbər verir ki, yeni ilin ilk qarşılaşmaları kişi komandaları arasında baş tutacaq.

Yanvarın 7-də və 8-də IV turun oyunları keçiriləcək. Hər üç qarşılaşma Gənclər və İdman Nazirliyinin (GİN) Voleybol Mərkəzində təşkil olunacaq.

Yanvarın 9-da isə qadınların yarışında V turun oyunları keçiriləcək. Qarşılaşmalar GİN-in Voleybol Mərkəzində və UNEC klubunun idman zalında baş tutacaq.

Yüksək Liqa (kişilər) IV tur 7 yanvar 16:00. MOİK - “Azərreyl” 18:00. “Murov Az Terminal” - “Xilasedici” GİN-in Voleybol Mərkəzi

8 yanvar 16:00. “Neftçi” - “Gənclər” GİN-in Voleybol Mərkəzi

Yüksək Liqa (qadınlar) V tur 9 yanvar 16:00. “Murov Az Terminal” - “Abşeron” 18:00. “Azərreyl” - “Gəncə” GİN-in Voleybol Mərkəzi 17:00. UNEC - “Milli Aviasiya Akademiyası” UNEC klubunun idman zalı

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər