Yüksək Liqa: XVIII tur liderlərin dueli ilə başlayır

Yüksək Liqa: XVIII tur liderlərin dueli ilə başlayır

Bu gün qadın voleybolçular arasında Yüksək Liqada XVIII tur start götürəcək.

Fanat.Az xəbər verir ki, turun ilk günündə iki matç baş tutacaq.

Hər iki qarşılaşma Bakıda GİN-in Voleybol Mərkəzində keçiriləcək. Öncə liderlər “Abşeron”la “Milli Aviasiya Akademiyası” üz-üzə gələcək. Ardınca “Azərreyl” autsayder UNEC-i sınağa çəkəcək.

Qeyd edək ki, tura sabah keçiriləcək “Gəncə” - “Murov Az Terminal” matçı ilə yekun vurulacaq.

Yüksək Liqa (qadınlar) XVIII tur 4 aprel

16:00. “Abşeron” - “Milli Aviasiya Akademiyası” GİN-in Voleybol Mərkəzi

18:00. “Azərreyl” - UNEC GİN-in Voleybol Mərkəzi

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər