Yüksək Liqa: XVI tur başa çatdı

Yüksək Liqa: XVI tur başa çatdı

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XVI tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, turun son oyun günündə iki görüş baş tutub.

"Turan" Tovuz Olimpiya İdman Kompleksində "Abşeron"u 3:0 (25:14, 25:14, 25:17) hesabı ilə məğlub edib.

"Murov Az Terminal" isə "Azərreyl"ə 1:3 (21:25, 22:25, 25:18, 22:25) hesabı ilə uduzub. Bu qarşılaşma Azərbaycan Voleybol Federasiyasının idman zalında keçirilib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər