Yüksək Liqa: VIII tur Gəncədə başlayıb Bakıda yekunlaşacaq

Yüksək Liqa: VIII tur Gəncədə başlayıb Bakıda yekunlaşacaq

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında bu gün VIII turun oyunları keçiriləcək.

Fanat.Az xəbər verir ki, tur Gəncədə start götürəcək və Bakıdakı yekunlaşacaq.

Eyni sayda qələbəsi olan “Murov Az Terminal” ilə qərb təmsilçisi Nizami yurdunda üz-üzə gələcək. Növbəti iki matç paytaxtda keçiriləcək. Çempionatın lideri “Abşeron” ən yaxın izləyicisi “Milli Aviasiya Akademiyası”nı sınağa çəkəcək. Tura “Azərreyl”in autsayder UNEC-lə görüşü ilə yekun vurulacaq.

Qeyd edək ki, "Abşeron" 7 turdan sonra 20 xalla liderdir. “Milli Aviasiya Akademiyası” 15 xalla ikinci, "Gəncə" 10 xalla üçüncüdür. Dördüncü yerdəki "Azərreyl"lə, beşinci olan "Murov Az Terminal"ın 9 xalı var. Bütün matçlarda uduzan və sonuncu pillədə qərarlaşan UNEC isə xalsızdır.

Yüksək Liqa (qadınlar) 28 yanvar VIII tur

15:00. “Gəncə” - “Murov Az Terminal” Gəncə İdman Sarayı

16:00. “Abşeron” - “Milli Aviasiya Akademiyası” GİN-in Voleybol Mərkəzi

18:00. “Azərreyl” - UNEC GİN-in Voleybol Mərkəzi

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər