Yüksək Liqa: Tura Tovuzda yekun vurulur

Yüksək Liqa: Tura Tovuzda yekun vurulur

Qadın voleybolçulardan ibarət komandalar arasında Yüksək Liqanın 4-cü turu davam edir.

Fanat.Az-ın məlumatına görə, bu gün daha bir oyun keçiriləcək.

 turun son qarşılaşması Tovuzda baş tutacaq. "Turan" "DH Volley" komandasını qəbul edəcək. Tovuz Olimpiya Kompleksində baş tutacaq qarşılaşma 16:00-da başlayacaq.

Qeyd edək ki, turun digər oyunlarında "Milli Avisasiya Akademiyası" "Azərreyl"i 3:2, UNEC isə "Murov Az Terminal"ı 3:1 hesabı ilə üstələyib.

Komandaların turnir cədvəlindəki mövqeyi: UNEC - 8, DH Volley - 5, Gəncə, Azərreyl - 4, Murov Az Terminal, "Turan", "Milli Avisasiya Akademiyası" - 3, "Abşeron", "Gənclər" - 0.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər