Yüksək Liqa: Tura Bakıda yekun vurulur

Yüksək Liqa: Tura Bakıda yekun vurulur

Kişi voleybolçulardan ibarət komandalar arasında Yüksək Liqanın 4-cü turu davam edir.

Fanat.Az-ın məlumatına görə, bu gün daha bir oyun keçiriləcək.

Turun son qarşılaşması Bakıda baş tutacaq. "Murov Az Terminal" komandası "Gənclər"i qəbul edəcək. "Murov Az Terminal"ın idman zalında baş tutacaq qarşılaşma 16:00-da başlayacaq.

Qeyd edək ki, turun digər oyunlarında "Neftçi" Xilasedici"ni 3:0, "Ordu" isə "Azərreyl"i 3:1 hesabı ilə üstələyib.

Komandaların turnir cədvəlindəki mövqeyi: Neftçi - 10, Xilasedici - 6, Murov Az Terminal, "Ordu" - 5, Azərreyl - 1, "Gənclər" - 0.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər