Yüksək Liqa: "Neftçi" zirvəyə yüksəldi

Yüksək Liqa: "Neftçi" zirvəyə yüksəldi

Futzal üzrə Azərbaycan Yüksək Liqasında V turun oyunları keçirilib.

Fanat.Az xəbər verir ki, qarşılaşmaların hamısı "Olimpik Star"da baş tutub.

Çempionatın favoritlərinin - "Araz-Naxçıvan" ilə "Neftçi" İK-nin duelində sevinən tərəf bakılılar olub - 5:4.

U-19 "Lənkəran"ı 6:5, "Baku Fire" isə "Şuşa"nı 4:2 hesabı ilə üstələyib.

Xal durumu: "Neftçi" İK – 13, "Baku Fire" – 11, "Araz-Naxçıvan" – 10, "Şuşa" – 6, U-19 – 3, Lənkəran – 0.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər